Döngədə ötmə edən sürücü 3 maşına təhlükə yaratdı - VİDEO

Qaydalar 29 İyul 2026 11:00
Döngədə ötmə edən sürücü 3 maşına təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Yolda təhlükəli manevrlər edən sürücünün qayda pozuntuları avtomobildə quraşdırılmış kamera tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 11-də Biləsuvar rayonu ərazisində baş verib.

Belə ki, 90-NO-151 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol nişanlanmasının tələblərini kobud şəkildə pozaraq əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı həyata keçirib.

Lakin sürücü bununla kifayətlənməyərək bir qədər sonra eyni qayda pozuntusunu daha təhlükəli şəraitdə təkrarlayıb. Videodan da görünür ki, o, qarşıdan gələn nəqliyyat vasitələrinin görünməsini məhdudlaşdıran təhlükəli döngədə əks zolağa çıxaraq ötməyə cəhd edib.

Qarşıdan avtomobilin yaxınlaşdığını görən sürücü toqquşmadan yayınmaq üçün tələsik öz hərəkət zolağına qayıdıb. Bu zaman iki avtomobilin arasına daxil olaraq həmin nəqliyyat vasitələrinin sürücülərinə ciddi təhlükə yaradıb.

 

Fərid

Oxunub : 428
ŞƏRH YAZ
Ad

E-mail

Şərh