"Sürücü hadisə yerindən qaçmayıb" - “BakuBus”dan AÇIQLAMA - VİDEO

Bəzi KİV-də “BakuBusa” qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Avtosfer.az-a "BakuBus MMC”dən məlumat verilib. Bildirilib ki, 17.06.2021 tarixində saat 11:20 radələrində İnşaatçılar prospüktində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib. Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücücü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-nə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb. Həmçinin bildiririk ki, “BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır. Hər bir avtobusda sürücü davranışları real vaxt rejimində izlənildiyindən qəza törədərək hadisə yerindən yayınma qeyri-mümkündür. Paytaxtımızda mötəbər idman tədbirinin keçirildiyi günlərdə bu kimi qeyri-real məlumatların yayılması heç də təsadüfi deyil. Məqsəd beynəlxalq tədbirlər zamanı uğurla icra edilən nəqliyyat tədbirlərini gözdən salmaqdır. Bir daha bəzi media təmsilçilərini peşə etikasına və peşəkarlıq prinsiplərini əməl edərək əldə edilən məlumatı rəsmi mənbələrdən təsdiq etməyə çağırırıq. Yayılan hər bir yalnış informasiya cəmiyyətdə narahatlıq və çaşqınlıq yaratmaqla yanaşı məlumatı yayan informasiya orqanının obyektivliyini də şübhə altına alır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ













