Sabirabadda ağır yol qəzası baş verib - 3 ölü, 5 yaralı - FOTOLAR

Sabirabad rayonunun Qarətəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili, “Mercedes” markalı yük maşını və “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı "VAZ-2107"nin sürücüsü, 1961-ci il təvəllüdlü Sabirabad rayonunun Muradbəyli kənd sakini Vaqif Dadaşov, onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Anaş Dadaşova, həmçinin mikroavtobusun sərnişini, 1990-cı il təvəllüdlü Lənkəran rayon sakini Kənan Cəfərov hadisə yerində ölüb.
Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onların arasında yük avtomobilinin və mikroavtobusun sürücüləri, eləcə də müxtəlif rayonlardan olan sərnişinlər var.
Hadisə yerinə FHN-in xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
***12:54
Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib.
3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
![]()


Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO












