Şəhid xanımı uşaqları ilə qəzaya düşdü - Səbəb olan maşın qaçdı - FOTO

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı şəhid xanımı xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 99-cu kilometrliyində Cəlilabad rayonu ərazisində baş verib.
Gülnar Abdullayevaya məxsus 77-RY-052 nömrəli "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, ötmə əməliyyatı aparan digər nəqliyyat vasitəsi tərəfindən vurulub. Vurulan avtomobil yol qoruyucularına çırpılıb.
Qəza vəziyyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, xanım sürücü İkinci Qarabağ müharibəsi şəhidi Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
















