Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.
1967-ci il təvəllüdlü Eldar Əfsər oğlu Umarova məxsus “Ford” markalı 90-SZ-288 dövlət qeydiyyat nişanlı minik avtomobillə 1992-ci il təvəllüdlü Bəxtiyar Elşad oğlu Rəhimliyə məxsus "Toyota" markalı 77-MO-427 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir nəfər sərnişin (cinsi kişi) “Toyota” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişin hadisə yerinə cəlb edilmiş Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












