Şəkidəki qəzada yaralı belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Şəki kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Toyota" markalı minik avtomobilinin sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var
Aydında polis avtomobili ilə minik maşını toqquşub: İki yaralı - FOTO
Badamdar şosesində “Prius” bordürdən-bordürə çırpıldı - ANBAAN VİDEO
Skuter sürücüləri ilə bağlı təhlükəli görüntülər YAYILDI - DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Yanacaq daşıyan avtomobil qəza törətdi - FOTO - VİDEO
Özəl klinikanın ambulansı qəzaya düşdü - VİDEO
32 ton tutumu olan maşına 66 ton yük yığdılar - Yol polisi SAXLADI - VİDEO
DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - ANBAAN VİDEO
Avtomobil şəhid abidəsinə çırpıldı - VİDEO
Bakıda ağır qəza: Ölən var
Bakıda yolu keçən qadını maşın vurub öldürdü - FOTO










