Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

“Qiyabi təhsil alanların, demək olar, 99 faizi əmək fəaliyyəti ilə məşğul olurlar. Qiyabi təhsilə görə kiməsə hərbi xidmətdən möhlət verilməsi qəbul olunmayıb və müzakirə də olunmur. Müəyyən şəxslər bu barədə fikir bildirirlər. Əyani təhsil alanlara möhlət verilir. Hesab edirəm qiyabi təhsilə görə də hərbi xidmətdən möhlət vermək məqsədəuyğun hesab olunmaz”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov qiyabi təhsil alan tələbələrə də hərbi xidmətə çağırışdan möhlət verilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
E.Məmmədov təhsilə görə güzəşt etməyin müsbət fikir olduğunu bildirib:
“İstər qiyabi, istərsə də əyani formada təhsil almağın tərəfdarıyam ki, təhsilalanlara hər cür köməklik göstərməliyik. Bizim yaxın ətrafın içərisində də öz təhsil haqqını ödəmək üçün dərsdən sonra əmək fəaliyyəti ilə məşğul olanlar var. Mən ən çox onun tərəfdarıyam, daha yaxşı olar ki, təhsil müəssisələrində ilbəil artan təhsil haqqının azaldılması məsələsinə baxılsın.
Gənclərimizin arasında təhsil alması üçün bəzən ailə vəziyyəti, maddi durumu imkan verməyən övladlar var ki, ödənişi edə bilmədiyi üçün təhsil də ala bilmirlər. Ali və orta təhsil müəssisələrində təhsil haqqının azaldılması daha məqsədəuyğun hesab olunar. Əgər qiyabi təhsillə bağlı möhlət hüququnun təmin olunması ilə bağlı məsələ qaldırılsa, mən də onun tərəfdarı olaram. Heç zaman əleyhinə çıxmaram. Təhsilə görə güzəşt etməyə dəyər”.
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var










