“Tofaş” və “BMW” toqquşdu - Sürücülərdən biri öldü - AÇIQLAMA

Qəzalar 6 İyul 2026 16:18
“Tofaş” və “BMW” toqquşdu - Sürücülərdən biri öldü - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 01:20-də Zaqatala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (üçü kişi, biri qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının II Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Bədənin müxtəlif nahiyələrinin açıq yarası, əziyi diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən iki nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən bir nəfərin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə (kişi) isə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 01:32-də bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb./oxu.az

***09:21

Zaqatala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, şəhərin girişində “Tofaş” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə “Tofaş”ın 41 yaşlı sürücüsü Orxan Orucov və “BMW”nin 30 yaşlı sürücüsü Əhməd Camalov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyəti ağır olan O.Orucov xəstəxanada vəfat edib. APA-nın məlumatına görə, hadisə nəticəsində həmçinin Kəpənəkçi kənd sakinləri - 41 yaşlı Cavid Emin oğlu İsayev və 38 yaşlı Saniyə Hüseyn qızı İsayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Oxunub : 572
ŞƏRH YAZ
Ad

E-mail

Şərh