Zaqatalada ailə qəzaya düşdü - 4 nəfər xəsarət aldı

Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan eyni ailənin üzvləri – Zaqatala şəhər sakinləri, 1991-ci il təvəllüdlü Vasif Hacımurad oğlu Sultanov, 1985-ci il təvəllüdlü Səfa Səlim qızı Sultanova, 2017-ci il təvəllüdlü Ömər Vasif oğlu Sultanov və 2013-cü il təvəllüdlü Ayşə Vasif qızı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun II Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətlərinin yüngül olduğu müəyyən edilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Bakıda gecə saatlarında zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını aşdı - VİDEO - YENİLƏNİB
Xəzərdə ağır qəza: Avtobus dayanmış yük maşınına çırpıldı - VİDEO - YENİLƏNİB
Oğuzda ağır qəza: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Hövsanda ağır QƏZA: Ölən var - VİDEO
Pambıq tarlasına gedirdi, sükan arxasında öldü - FOTO
Şəmsi Səmədzadə ağır qəza keçirdi: Eksklüziv FOTOLAR
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi - FOTO
Hansı halda hadisə yerini tərk etmək olar? - DİN-dən İZAH - VİDEO
Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR
Maşının arxasından qəfil əks yola çıxan sürücü qorxulu anlar yaşatdı - VİDEO










