Ziya Bünyadovda yolayrıcına daxil olan maşınlar toqquşdu - ANBAAN VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş yol qəzası anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 9-da saat 08:50 radələrində qeydə alınıb. Belə ki, yolayrıcına daxil olan 99-RK-055 dövlət nömrə nişanlı “Nissan Kicks” markalı avtomobilin sürücüsü, 77-XN-851 dövlət nömrə nişanlı “Honda İnsight” markalı maşını sağ tərəfdən ötür.“Honda”nın sürücüsü soldan gələn nəqliyyat vasitələrinə diqqət etdiyi üçün dönərkən sağda dayanmış “Nissan”la toqquşur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyir.
Qeyd edək ki, Qanunvericiliyə görə ötmə yalnız sol tərəfdən həyata keçirilməlidir. Sağdan ötməyə yalnız o halda icazə verilir ki, qarşıdakı avtomobil sola, yaxud geriyə dönmək üçün dönmə işığı yandıraraq bu manevri həyata keçirsin.
Nərmin
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO












