“20 Sentyabr” stansiyasının istismara veriləcəyi vaxt açıqlandı

“Bakı Metropoliteni” QSC-nin “20 Sentyabr” stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır”.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev deyib.
O bildirib ki, “20 Sentyabr” stansiyasında tətbiq olunan xüsusi memarlıq həlli ilə əlaqədar bir sıra işlər görülüb və zəruri məsələlər həllini tapıb.
‘20 Sentyabr" stansiyası ilə bağlı tikinti işləri başa çatıb, hazırda tamamlama işləri icra olunur. Bilirsiniz ki, burada xüsusi memarlıq həlli tətbiq edilir. Bununla əlaqədar materialların ölkə xaricindən gətirilməsi, logistika və digər məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib, işlər qrafikə uyğun davam edir”, - deyə Məmməd Rzayev qeyd edib.
Departament rəhbəri vurğulayıb ki, hazırda əsas diqqət stansiyada tamamlama işlərinin yekunlaşdırılmasına yönəlib. Mövcud qrafikə əsasən, stansiyanın gələn ilin birinci yarısında tam istismara verilməsi nəzərdə tutulur.
“Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir”, - deyə o əlavə edib.
Məmməd Rzayev həmçinin “28 May” və “Nizami” stansiyaları arasında tikilən mənzil tuneli barədə məlumat verib. Onun sözlərinə görə, ümumi uzunluğu 211 metr olan tunelin qazılması işlərinə başlanılıb və indiyədək 63 metrlik hissədə qazıntı işləri tamamlanıb.
“Tunelin qazma prosesinə başlanılıb. Bu günə qədər 63 metr hissədə qazma işləri icra olunub və işlər planlı şəkildə, qrafikə uyğun davam etdirilir”, - deyə o bildirib.
M.Rzayev qeyd edib ki, gələcəkdə həmin tunelin “Nizami” – “Cəfər Cabbarlı” tunelinə çevrilməsi nəzərdə tutulur
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












