"28 May” - “Cəfər Cabbarlı” stansiyalarında görülən işlər açıqlandı

“Bakı metrosunda xətlərin ayrılması layihəsi nəzərdə tutulan ardıcıllığa uyğun aparılır”.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, “28 May” və “Cəfər-Cabbarlı” stansiyalarının yaxınlığında olan iki hazırlıq şaxtasında işlər tamamlanıb, artıq tunel səviyyəsinə enilir:
“Tunel səviyyəsində artıq xətləri fiziki olaraq ayırmaq üçün hazırlıq mərhələsi başlayıb. İşlər xüsusi inşaat qaydası ilə aparılacaq. Bu səbəbdən hər hansı bir təhlükə olmadan və mümkün texniki cəhətdən ən qısa müddətdə işlərin başa çatdırılması nəzərdə tutulub. Əvvəlcə də elan elədiyimiz kimi, fiziki xətlərin ayrılması prosesinin ümumiyyətlə 11 ay davam etməsi gözlənilir”.
O qeyd edib ki, bu işlərə paralel olaraq “28 May”-“Cəfər Cabbarlı” stansiyaları arasında bir piyada tuneli də inşa olunmalıdır:
“Platformanın arxasında, “Cəfər Cabbarlı”ya keçidi olan bir piyada tuneli var. Onun eynisi də əks tərəfdə olacaq və hazırda həmin piyada tunelinin qazıntı işlərinə başlanılıb. Gələcəkdə, bu, piyada keçidi olacaq”.
B.Məmmədov deyib ki, “İçərişəhər” stansiyasının yaxınlığında dönmə kamerasının inşaat işlərində hazırda kommunikasiya xətlərinin köçürülməsi mərhələsi gedir:
“Bu işlər çox mühüm əhəmiyyət kəsb edir, çünki ətraf ərazidə olan bütün kommunikasiya xətləri zədələnmədən və ətraf ərazidə olan yaşayış binaları, obyektlərə və digər infrastruktura zərər və xələl gətirmədən aparılmalıdır. İşlər qaydasında gedir. Əvvəlcədən geoloji kəşfiyyat işləri də aparılmışdı və həmin ərazidə aidiyyəti strukturların bütün nümayəndələri ilə baxış da keçirilmişdi”.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












