509 saylı avtobus xəttində nə baş verir? — Sərnişinlər yolun ortasında düşürülür

509 saylı marşrut avtobusunun Binə Ticarət Mərkəzindən sonra Lökbatan qəsəbəsinə getməyərək yolun yarısından qayıtması barədə vətəndaşlardan çoxsaylı şikayətlər daxil olub. Bildirilir ki, avtobus təsdiqlənmiş marşrut xəritəsinə uyğun hərəkət etmir və bu, onların işə, məktəbə və digər vacib yerlərə vaxtında çatmasına maneə yaradır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, marşrutda hər hansı dəyişiklik baş veribsə, vətəndaşlara əvvəlcədən məlumat verilməsi vacibdir:
“Bu, insanların səyahətlərini planlaşdırmaq və gözlənilməz vəziyyətlərlə üzləşməmək imkanını təmin edir. Əks halda, yəni marşrut dəyişməyibsə, lakin sürücünün və ya daşıyıcı şirkətin təşəbbüsü ilə müəyyən dəyişikliklər həyata keçirilibsə, müvafiq dövlət qurumları ciddi tədbirlər görməlidir. Belə hallarda nəzarət mexanizmlərinin işə salınması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi zəruridir”.
Ekspert vurğulayıb ki, nəqliyyat sektorunda əsas prioritet vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Hazırda mövcud olan tənzimləmə alətləri bu kimi halların qarşısını almağa imkan verir. Marşrutların düzgün idarə olunması təkcə texniki məsələ deyil, həm də paytaxtın nəqliyyat infrastrukturunun şəffaflığı və etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, intizamsızlıq edən sürücülərin və xidmət keyfiyyətini aşağı salan şirkətlərin fəaliyyəti sistemli şəkildə yoxlanılmalıdır.
“Bu baxımdan, marşrutların düzgün idarə olunması və dəyişikliklər barədə vaxtında məlumat verilməsi nəqliyyat sektorunda əsas prioritetlərdən biridir”.
Qeyd edək ki, marşrutun yolun yarısından qayıtması sadəcə vaxt itkisi deyil, həm də maddi ziyan və psixoloji gərginlikdir. Xüsusilə havaların soyuq keçdiyi və ya pik saatlarda bu cür halların yaşanması insanların mənzil başına çatmaq üçün taksi xidmətlərinə müraciət etməsinə, nəticədə ailə büdcəsinə əlavə yük düşməsinə səbəb olur. Marşrut intizamının pozulması ictimai nəqliyyata olan inamı sarsıdır və şəhər nəqliyyatında xaosa yol açır.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










