Ağsuda çay daşdı, üç kəndin yolunda təhlükəli vəziyyət yarandı - VİDEO

Ağsu ilə Maşadqanlı kəndini birləşdirən avtomobil yolunda sürüşmə qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Ağsu çayının daşması nəticəsində yola ciddi ziyan dəyib və iri çatlar yaranıb. Bu istiqamətdə üç kənd mövcuddur və kənd sakinləri çətin şəraitdə hərəkət etməyə çalışırlar. "Bu kənddə 100 ev var və bu yolla rayon mərkəzi ilə əlaqələnir. Xəstəsi, qocası olan var. Bir balaca sel gəlsə, hər şey dağılacaq. Torpaq da şəxsi mülkiyyətdir. Yol bağlı olsa, vəziyyətimiz pis olacaq. Çatlar hər keçən gün artmaqdadır. Adam qorxur, iki maşın gələndə birinin keçməsini gözləməli olursan", - sakinlərdən biri narazılığını dilə gətirib.
Başqa bir sakin isə bildirib:
"Sürüşmələr artmaqda davam edir, nə qədər artacaq, xərclər böyüyəcək. Məktəbə gedən uşaqlar çətinlik yaşayırlar, valideynlər onları çaya düşməmələri üçün özləri aparıb-gətirirlər".
Daha ətraflı Baku TV-nin videomaterialında:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












