Aİ-95 markalı avtomobil benzininin istehsalı niyə azalıb ?

Məlum olduğu kimi, Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb.Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında 13.8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45 faiz azdır. İstehsalın azalmasının əsas səbəbi neftayırma zavodlarında aparılan təmir işləridir”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, xeyli vaxtdır ki, neftayırma zavodlarında təmir işləri gedir. Təmir və yenilənmə prosesi zamanı yeni avadanlıqlar gətirilir, quraşdırılır. Bu da təbii olaraq prosesə öz təsirini göstərir və istehsal həcminin müvəqqəti azalmasına səbəb olur: “Bildiyimə görə, neftayırma zavodlarından birində Aİ-95 istehsalına keçidlə bağlı quraşdırılan qurğulardan birinin təmiri yekunlaşıb. Digərində isə təmir işlər davam edir. Təmir işləri tam başa çatdıqdan sonra Aİ-95 markalı avtomobil benzini istehsalında artım müşahidə olunacaq”.
Natiq Cəfərli qeyd edib ki, istehsalın azalması səbəbindən Aİ-95 benzini ilə bağlı tələbatı ödəmək üçün xaricdən daha çox yanacaq alınıb: “Əvvəllər Aİ-95 markalı benzini xaricdən idxal edirdik. Bu zaman isə əlavə logistik xərclər, istehsalçının istədiyi mənfəət marjasını qəbul etmək məcburiyyətində idik. Hazırda Aİ-95 markalı benzinin ölkə daxilində istehsal edilir”.(525.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












