Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı – Zaqatala, Bakı – Şəki, Mingəçevir – Qazax, Bakı – Ağdam, Bakı – Gəncə, Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Şəki – Gəncə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Avtosfer.az bu barədə AYNA-ya istinadən xəbər verir.
Bakı – Zaqatala və Bakı – Şəki marşrutları üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;
Mingəçevir – Qazax marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu;
Bakı – Ağdam marşrutu üzrə fiziki şəxs Nuriyev Fəxrəddin İsmayıl oğlu;
Bakı – Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Abbasov Kamil Şakir oğlu;
Şəki – Gəncə marşrutu üzrə fiziki şəxs Xəlilov Əmiraslan Fərman oğlu qalib elan olunublar.
Qeyd edilib ki, müsabiqələrin nəticələrinə əsasən, 8 marşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsindən 5-i 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.
Vurğulanıb ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır",- məlumatda bildirilir.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












