“Avtobus yolunu dəyişdiyindən işə gecikirik”

“28 May” metro stansiyasını Lökbatan qəsəbəsi ilə birləşdirən 125 nömrəli marşrut avtobusu bir müddətdir Lökbatan dairəsindən qəsəbəyə gələrkən yolunu dəyişərək “Abşeron” Ticarət Mərkəzi istiqamətinə gedir və oradan fırlanaraq Lökbatana daxil olur. Bu həm gəliş, həm də gediş zamanı baş verir. Lakin həmin ərazidə avtobuslara nə minən, nə də düşən olur. Hər dəfə təxminən 20 dəqiqəyə yaxın vaxtımız gedir”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.
Şikayətçilərin sözlərinə görə, dayanacaq olmadığı halda avtobusun “Abşeron” Ticarət Mərkəzindən keçməsi xeyli vaxt itirmələrinə səbəb olur:
“Əvvəllər “28 May” metro stansiyasına “Binə” Ticarət Mərkəzindən gedən avtobus hazırda ilk olaraq Abşerondan keçir, sonra “Sədərəy”in girişində saxlayır, ən sonda isə “Binə”dən keçir. Tələbələr universitetə, digər vətəndaşlar işə gecikir. 130 və 206 nömrəli marşrutlar başda olmaqla bir neçə avtobus yuxarı yolla hərəkət etməsi səbəbindən oradan keçir, ancaq 125-in istiqaməti aşağı yol olduğundan bizə sərf etmir. Lökbatana yaxın metro olmadığı üçün şəhərə getməli olan hər kəs 125-ə minməlidir”.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 125 nömrəli müntəzəm marşrut xətti “28 May” m/st – Lökbatan qəsəbəsi istiqamətində hərəkət edir. Marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edir və xətt üzrə ümumilikdə 21 avtobus fəaliyyət göstərir:
“Məlumat üçün bildiririk ki, sərnişinlərin “28 May” NMM-dən “Abşeron” Ticarət Mərkəzinə və əks istiqamətdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə marşrutun hərəkət istiqaməti həmin ərazidən keçməklə təşkil edilib. Marşrutun hərəkət trayektoriyasına dayanacağın əlavə edilməsi sərnişinlər üçün nəqliyyat əlçatanlığının artırılması və o istiqamətdə sərnişin gedişlərinin təmin olunmasına xidmət edir”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












