Avtobuslar 24 saat xidmət göstərə bilər... - Yalnız bu halda

London, Nyu-York və Berlin kimi şəhərlərdə ictimai nəqliyyatın 24 saat fəaliyyət göstərməsi artıq illərdir ki, tətbiq olunan praktikadır. Maraqlıdır, bu model Azərbaycanda da mümkün ola bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, hələlik ölkəmiz üçün belə bir addım tezdir:
“O şəhərlər kimi bizdə gecə həyatı yoxdur. Elə təbəqə insanlar var ki, onlar gecə fəaliyyət göstərirlər, amma bu, çox az hissədir. Gecə saat 12-yə qalmış metrodan demək olar ki, tək-tük insanlar istifadə edir. Ümumiyyətlə, şəhərdə də ictimai nəqliyyata ciddi ehtiyac qalmır”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, gələcəkdə Avropaya inteqrasiya fonunda bu istiqamətdə dəyişikliklər baş verə bilər:
“Bunu gələcək göstərəcək. Ola bilər ki, bir müddət sonra bizdə də bu sahədə dəyişiklik olsun. O zaman gecə ictimai nəqliyyatın işləyib-işləməməsi qərarına baxmaq olar. Amma tibbin də dediyi kimi, insan gecə yatıb, gündüz işləməlidir. Gecə həyatı əslində o qədər də yaxşı bir şey deyil”, – Mustafayev vurğulayıb.(konkret.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












