Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - VİDEO

Abşeronda iri tutumlu avtobusların daha az sərnişin tutumuna malik nəqliyyat vasitələri ilə əvəzlənməsi narazılığa səbəb olub. Avtosfer.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən Abşeronun Masazır qəsəbəsinə hərəkət edən 569 nömrəli sərnişin avtobusları yeniləri ilə dəyişdirilib. Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəl istismarda olan avtobuslarla müqayisədə yeni nəqliyyat vasitələri daha kiçik həcmlidir. Yer tutumunun az olması səbəbindən avtobuslar qısa müddətdə dolur və yol boyu bir çox dayanacaqlarda saxlamadan hərəkətini davam etdirir.
Məsələ ilə bağlı daşıyıcı şirkət - "Çinar Trans" ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, 569 nömrəli marşrut xətti Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilmiş müsabiqənin nəticəsinə əsasən şirkətə həvalə olunub. Şirkət sərnişinlərin böyük tutumlu avtobuslarla bağlı istəklərinin və interval məsələsinə dair müraciətlərinin qeydə alındığını bildirib. Bu səbəbdən xətt üzrə təkrar monitorinq aparılacağı, zərurət yaranarsa intervalın azaldılması və avtobus sayının artırılması ilə bağlı müvafiq addımların atılacağı vurğulanıb.
Daha ətraflı videomaterialda:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












