Azərbaycan rəqiblərini arxada qoydu - Statistika

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar-sentyabr ayları üzrə ən yüksək sənaye istehsalı həcmi 2022-ci ilə təsadüf edib. Belə ki, həmin dövrdə ölkədə sənaye istehsalı həcmi 64,1 milyard manat olub. Bu dövrdən sonrakı illərdə isə sənaye istehsalı həcmində davamlı olaraq hər il azalmalar müşahidə edilir.
Son 5 ildə yanvar-sentyabr ayları üzrə ən az sənaye istehsalı həcmi kəskin fərqlə 2021-ci ildə 36,6 milyard manat olaraq qeydə alınıb ki, bu göstəricini “COVID-19” pandemiyasının mənfi təsiri ilə əlaqələndirmək olar.
Cari ilin göstəricilərinə gəlincə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı həcmi ötən ilin eyni dövri ilə müqayisədə 1,0 % və ya 0,5 milyard manat azalaraq 47,3 milyard manat təşkil edib.
.png)
Ölkədə sənaye istehsalı sektorlarına ayrı-ayrılıqda nəzər yetirsək, son 5 ildə mədənçıxarma sektorunun sənaye istehsalında əsas sektor olduğunu görərik.
Lakin, mədənçıxarma sektorunda istehsal həcmi yanvar-sentyabr ayları üzrə son 4 ildə davamlı olaraq azalır. Son olaraq, cari ilin ilk 9 ayında ölkədə mədənçıxarma sektoru üzrə sənaye istehsalı 28,8 milyard manat olub ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 5,9 % və ya 1,8 milyard manat azdır.
Qeyd edək ki, son 5 ildə mədənçıxarma sektoru üzrə yeganə artım 2021-ci illə müqayisədə 113,2 % və ya 2,1 dəfə artımla 2022-ci ildə qeydə alınıb.
Son 5 ildə emal sektoru üzrə sənaye istehsalında hər il davamlı olaraq artım qeydə alınıb.
Son olaraq, cari ilin yanvar-sentyabr aylarında emal sektoru üzrə sənaye istehsalı həcmi 15,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün nəticəsindən 7,6% və ya 1,1 milyard manat çoxdur.
Son 5 ildə “Digər” sektorlar üzrə də davamlı olaraq artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında “digər” sektorlar üzrə sənaye istehsalı həcmi 3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 7,1% və ya 0,2 milyard çoxdur.
Emal sektorunun növləri üzrə sənaye istehsalı göstəricilərə baxsaq görərik ki, bu sektorda əsas pay neft və qida məhsulları istehsalına aiddir.
Daha dəqiq desək, cari ilin ilk 9 ayında ölkədə 4,05 milyard manat həcmində neft məhsulları istehsal olunub ki, bu da ümumi emal sektorunun 26,1%-ni təşkil edir.
İstehsal olunan qida məhsullarının həcmi isə 3,8 milyard manat təşkil edib ki, bu da emal sektorunun 24,5%-nə bərabərdir.
Növbəti üç sırada isə ardıcıl olaraq kimya sənayesi (1,23 mlrd manat ), tikinti materiallarının istehsalı (1,04 milyard manat ) və tütün məmulatlarının istehsalı (0,76 milyard manat) dayanır. Qalan 4,62 milyard manat isə digər məhsulların istehsalı həcmidir.

Cənubi Qafqaz ölkələrinin rəsmi internet ünvanlarından əldə olunan məlumatların müqayisəli təhlili göstərir ki, 2025-ci ilin ilk 6 ayında ən çox sənaye istehsalı edən ölkə Azərbaycan olub və ölkəmiz region dövlətlərini böyük fərqlə qabaqlayıb.
Rəsmi məlumatlara əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye istehsalının həcmi 18,37 milyard dollar olub. Bu göstərici Gürcüstanının sənaye istehsalı həcmində 4,5 dəfə, Ermənistanın sənaye istehsalı həcmindən isə 5,6 dəfə çoxdur.
Qeyd edək ki, cari ilin ilk 6 ayında Gürcüstanda sənaye istehsalının həcmi 4,04 milyard dollar, Ermənistanda isə 3,29 milyard dollar təşkil edib.

"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











