Azərbaycan tranzit marşrutlarında riskləri necə diversifikasiya edə bilər?

Zəngəzur dəhlizi nəqliyyat marşrutlarının şaxələndirilməsinin mühüm tərkib hissəsidir. Azərbaycan üzərindən keçən tranzit yollar mövcuddur və rəsmi Bakı bu marşrutların həm strateji əhəmiyyətini, həm də yarada biləcəyi riskləri aydın şəkildə dərk edir.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, əsas sual mümkün risklər yarandığı halda alternativlərin olub-olmamasıdır.
Onun sözlərinə görə, bu alternativlər mövcuddur və Zəngəzur dəhlizi məhz buna görə prioritetdir. Ekspert bildirib ki, hər hansı risk yaranarsa, Azərbaycan həm sərnişin, həm də yük daşımalarının təhlükəsiz və fasiləsiz həyata keçirilməsi üçün Zəngəzur dəhlizini təklif edir.
“Əgər Zəngəzur istiqamətində də müəyyən risklər meydana çıxarsa, daşımaların Gürcüstan üzərindən yenidən şaxələndirilməsi mümkündür. Ümumilikdə isə Cənubi Qafqaz coğrafi baxımdan kiçik region olsa da, inkişaf etmiş və şaxələnmiş nəqliyyat infrastrukturu sayəsində onun əhəmiyyəti xeyli artır və region qitələrarası bağlantıda mühüm rol oynayır. Bu marşrutlar bir-birini tamamlayır. Həm Gürcüstan istiqamətindən Zəngəzura gedən, həm də Zəngəzurdan Bakı–Tbilisi–Qars və Gürcüstan istiqamətinə uzanan yollar vahid nəqliyyat karkası formalaşdırır”, - deyə ekspert vurğulayıb.
Rauf Ağamirzəyevin sözlərinə görə, indiyədək baş vermiş müharibələr bəzi nəqliyyat istiqamətlərinin bağlanmasına səbəb olmuşdu: “Lakin Azərbaycanın 2020-ci ildən sonra atdığı addımlar bu yolların yenidən açılması üçün ciddi zəmin yaradıb. Ölkə son beş ildə bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər həyata keçirir və layihələrin böyük hissəsinin gələn il tamamlanması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan ərazisində də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işlərə yaxın vaxtlarda start verilib. Bu marşrutlar bir-birini tamamlayır. Həm Gürcüstan istiqamətindən Zəngəzura gedən, həm də Zəngəzurdan Bakı–Tbilisi–Qars və Gürcüstan istiqamətinə uzanan yollar vahid nəqliyyat karkası formalaşdırır”./azərtac
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












