Azərbaycanda 33 min abonent qazsız qalacaq

Saat 11:00-dan etibarən işlər yekunlaşanadək Şəki şəhər ərazisi və 32 kənddə 32 525 əhali abonentin və 546 qeyri-əhali abonentin qaz təchizatının Cəfərabad Qazpaylayıcı Stansiyadan (QPS) dayandırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Şəki xidmət sahəsində Qaz İxrac İdarəsi tərəfindən Cəfərabad QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flyansların quraşdırılması ilə əlaqədardır.
Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Eyni zamanda Ə.Əliyev küçəsində yerləşən "Kaskad" MMC-nin qarşısından keçən 76 və 57 mm diametrlik qaz borularının yerinin dəyişdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan başlayaraq Şəki şəhərinin F.Abdurahmanov və B.Vahabzadə küçələrində yaşayan ümumilikdə 442 abonentin təbii qazla təminatında fasilə yaranacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












