Azərbaycanda bu məhsullar bahalaşdı - YENİ QİYMƏTLƏR

“2026-cı ilin yanvar ayında Azərbaycan 129 min 933 ton buğda idxal edib. Bu həcmdə buğdanın dəyəri 28 milyon 871,7 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 43 min 278,75 ton (50 %), dəyər baxımından isə 10 milyon 176,3 min ABŞ dolları (54,4 % ) çoxdur”. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, aqrar məhsulların idxalında azalma müşahidə olunsa da, alış qiymətində artım var:
“Həzərat, təxminən 10 min il əvvəl insan övladı Mesopatamiyada buğdanı “əhliləşdirib”, əkib-becərməyə başlayıb. Amma, Azərbaycan hələ də əmtəəlik, keyfiyyətli buğda əkib-becərə bilmir, idxaldan asılılığımız artır.
Gələk kərə yağına: Azərbaycan 2025-ci ildə 20.13 min ton kərə yağı idxal edib və bunun ümumi dəyəri 145.31 mln. dollar təşkil edib. 2024-cü illə müqayisədə idxal həcmi 24.51 min tondan 20.13 min tona düşərək 18% azalıb. Buna baxmayaraq, ümumi dəyər 139.51 mln. dollardan 145.31 mln. dollara yüksələrək 4% artıb.
Əsas təchizatçı İran olaraq qalır. Bu ölkədən idxal 14.23 min tondan 8.62 min tona enərək 39% azalıb, dəyər isə 69.25 mln. dollardan 50.97 mln. dollara düşüb. Orta qiymət 4.87 min dollardan 5.91 min dollara yüksəlib və 21.34% artıb. Yəni, İran yağının qiyməti 2025-ci ildə 21,34% artıb.
Yeni Zelandiyadan idxal 5.33 min tondan 4.27 min tona enib, yəni 19.96% azalıb. Dəyər 35.55 mln. dollardan 33.98 mln. dollara düşüb. Bir tonun orta qiyməti 6.66 min dollardan 7.96 min dollara qalxıb, yəni, Y.Zelandiyadan gələn yağın qiyməti 2025-ci ildə 19.59% artım göstərib.
Gələk yerli istehsala - 2025-ci ildə Azərbaycanda 26.58 min ton kərə yağı istehsal edilib. Bu istehsalın 2024-cü ilə nisbətən 8.2% azalması deməkdir.
Qədim Misirdə və Aralıq dənizi sahillərində aparılan qazıntılar sübut edir ki, insan övladı, təxminən, 5-6 min il əvvəl süd məhsulları, o cümlədən, yağ istehsal etməyə nail olub, bunu bacarıb.
Kənd təsərrüfatı, aqrar sahə hökumət tərəfindən prioritet elan olunandan, əsasən də heyvandarlıq sahəsinə subsidiyalar ayrılandan sonra ölkədə iri buynuzlu mal qara sayı 300 minə yaxın, qoyun-keçi sayı 1,7 mln. baş azalıb. Mal-qara sayı kəskin azalırsa, süd məhsulları istehsalı da azalmalıdır-azalır da, ət bahalaşmalıdır-bahalaşır da.
Belə, insan övladının minillər əvvəl, öyrəndiyini biz bacara bilmirik...”.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










