Azərbaycanda bu şəxslər ikiqat maaş alacaqlar - ŞAD XƏBƏR!

Azərbaycan Prezidenti Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Avtosfer.az-ın məlumtına görə, yeni dəyişikliklər bir tərəfdən beynəlxalq standart və prinsiplərə uyğun olaraq, o cümlədən Beynəlxalq Əmək Təşkilatının (BƏT) tövsiyələri nəzərə alınmaqla əmək hüquqlarının daha effektiv qorunmasına, işçi–işəgötürən münasibətlərinin tənzimlənməsinə və mövcud hüquqi bazanın beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir. Digər tərəfdən, Əmək Məcəlləsinə edilən əsas yeniliklərdən biri vətəndaşların müəyyən hallarda ikiqat əmək haqqı alması ilə bağlıdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, yeni dəyişikliklərə əsasən, məcəllədə "saatlıq əmək haqqı" anlayışı əvəzinə "saatlıq maaş tarifi" anlayışından istifadə olunacaq:
"Bu da əmək münasibətlərində şəffaflığın və dəqiq hesablamaların aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Təsdiq edilmiş dəyişikliklərə görə, bayram və qeyri-iş günlərində, eləcə də iş vaxtından kənar saatlarda çalışan işçilərə işlədikləri hər saata görə əlavə ödəniş nəzərdə tutulur. Bu zaman həmin ödəniş işçinin saatlıq maaş tarifinin ən azı iki misli həcmində olmalıdır. Məsələn, əgər vətəndaşın saatlıq maaş tarifi 30 manatdırsa və o, qeyri-iş günündə və ya işdən sonrakı vaxtda 4 saat işləyibsə, bu halda ona həmin saatlara görə 120 manat deyil, 240 manat ödəniş edilməlidir. Çünki söhbət həm qeyri-iş günlərində, həm də normadan artıq iş saatlarında görülən əmək fəaliyyətindən gedir.
Deputat əlavə edib ki, yeni qaydalara əsasən, qeyri-iş günlərində və ya iş vaxtından kənar saatlarda çalışan vətəndaşlara ən azı ikiqat əmək haqqı ödəniləcək:
"Bu ödəniş gündəlik deyil, məhz faktiki işlənmiş saatlara uyğun olaraq hesablanacaq. Yəni işçi bütün günü deyil, yalnız müəyyən saatlar ərzində çalışdığı halda belə, ödəniş saatlıq maaş tarifinə əsasən həyata keçiriləcək. Nəticə etibarilə, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər vətəndaşların, xüsusən də istirahət və qeyri-iş günlərində çalışan şəxslərin daha yüksək əmək haqqı almasına şərait yaradacaq. Bu isə əmək hüquqlarının daha etibarlı şəkildə qorunması və sosial ədalətin təmin olunması baxımından mühüm addım hesab olunur".
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










