Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə, "baton" çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir.
Avtosfer.az xəbər verir ki, "Baku TV" səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb.
"Baton" çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb", - alıcılardan biri belə deyib. Satıcılardan biri isə bildirib: "Qiymət artımı yoxdur, nə zavod, nə də "baton" çörəyində".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Agentlik tərəfindən Bakı şəhəri və regionlarda əhalinin daha çox istehlak etdiyi dairəvi zavod çörəyi də daxil olmaqla 30-dan yuxarı çörək çeşidi üzrə monitorinqlər aparılıb:
"Aparılan monitorinqlər nəticəsində dairəvi zavod çörəyinin çəkisi və qiymətində, eləcə də digər çörək çeşidlərinin qiymətində hər hansı artım müşahidə edilməyib. Qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Agentliyə təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












