Azərbaycanda daha bir yol ödənişli olacaq - Şərqi Zəngəzurun yeni yolu hazırdır

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq".
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyyəddin Həsənov deyib.
Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:
"Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək".
Z.Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz-Cəbrayıl-Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.
"Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək", - deyə Həsənov vurğulayıb.
Qeyd edək ki, Horadiz-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










