Azərbaycanda əhali qazancının neçə faizini ərzağa xərcləyir?

"2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb.
"Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir. İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32,6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25,4 faiz artıb. Dərman preparatlarının istehlakında artımlar tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












