Azərbaycanda sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA

"Bu ilin ilk 7 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,8 milyon manat və ya 8,2% artım qeydə alınıb. Belə ki, büdcə təşkilatları üzrə daxilolma 126,9 milyon manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 milyon manat və ya 14,0% artıb".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə 7 milyard 676 milyon manat olacağı gözlənilir.
"Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə orta aylıq əməkhaqqının artması, əmək və eləcə də xidməti müqavilələrdə müşahidə edilən artım ilə bağlıdır. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manata çatıb. Həmin arada, muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu baxımdan, əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə ödənişlər üzrə xərclərə yönəldiyini nəzərə alsaq, bu sosial istiqamətə daha çox vəsaitin ayrılmsına səbəb ola bilər. Belə ki, əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına ödənilir. Daha çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir".
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı










