Azərbaycanda yas mərasimində kabab verildi - NARAZILIQ YARANDI

Tərtərdə yas mərasimində ötən ay şırdan, bu ay isə kabab verilməsi diqqət çəkib. Avtosfer.az xəbər verir ki,Tərtər rayonunda keçirilən bəzi yas mərasimlərində verilən yeməklər sosial şəbəkələrdə və yerli ictimaiyyətdə narazılıqla qarşılanıb. Belə ki, sakinlərin bildirdiyinə görə, ötən ay keçirilən yas mərasimlərindən birində qonaqlara şırdan təqdim edildiyi halda, bu ay baş tutan başqa bir mərasimdə kabab verilməsi diqqət çəkib.
Məsələ ilə bağlı dinşünas Tamilla Qulami fikirlərini bölüşüb:
“Yas mərasimləri mərhumun xatirəsinin anılması və ailəyə mənəvi dəstək məqsədi daşımalı olduğu halda, son dövrlər süfrə bolluğu və yemək çeşidləri ön plana çıxır. Bu isə həm ailələr üçün əlavə maddi yük yaradır, həm də yas adətlərinin mahiyyətinə zidd hesab olunur. Yas mərasimlərində sadəliyə üstünlük verilməli, israfçılıqdan çəkinilməlidir. Onların fikrincə, bu cür hallar cəmiyyətdə yanlış tendensiyaların formalaşmasına səbəb olur.”,-deyə o bildirib.
Qeyd edək ki, son illər ölkənin bir sıra bölgələrində yas mərasimlərinin daha sadə şəkildə keçirilməsi ilə bağlı çağırışlar edilsə də, praktikada bu tövsiyələrə hər zaman əməl olunmur (oxu24.az).
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












