Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ Azərbaycanda da hiss olunub. Belə ki, yeraltı təkanlar Qəbələ, Sumqayıt, Şabran, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gəncə, Ucar, Quba və Bakıda da qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.
Rusiya KİV-in məlumatına görə, təbiət hadisəsi Mahaçqala ərazisində 5,4 bal gücündə olub.
Bundan sonra Xəzərin Rusiya sektorunda dalğaların hündürlüyü artıb.
***
Azərbaycanda zəlzələ olub.
Avtosfer.az xəbər verir ki, təbiət hadisəsi 00:34 radələrində baş verib.
Zəlzələ Ucar, Göyçay, Quba, Gəncə, Bakı və digər ərazilərdə hiss olunub.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












