Badamdar sakinlərinin yol problemi niyə həllini tapmır? - VİDEO

Səbail rayonu, Badamdar qəsəbəsinin Seymur Məmmədov küçəsinin sakinləri 4 aydır ərazidə aparılan söküntü nəticəsində tullantı materiallarının yola atılmasından şikayətçidirlər. Avtosfer.azxəbər verir ki, baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, yağışlı hava şəraiti vəziyyəti daha da çətinləşdirib. Nə uşaqlar məktəbə gedə bilir, nə də sakinlər maşınla yolu rahat keçə bilirlər.
"Dəfələrlə müraciət etmişik ki, asfalt yolumuzu açsınlar. İki küçəmiz var, hər ikisini də qəsdən bağlayıblar. Artıq bu küçələrdən istifadə edə bilmirik. Başqa sakinlər də tullantılarını bura atırlar. İndi bura zibilliyə çevrilib, qoxudan hərəkət etmək belə mümkün deyil", - deyə sakin Emil Quliyev söyləyib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvanda yeni mülkiyyətçi tərəfindən alqı-satqı yolu ilə alınmış qəzalı vəziyyətdə olan fərdi yaşayış evi sökülüb. Qurum həmin ərazidə uzun müddətdir alqı-satqı yolu ilə yeni evlər alan və sökən mülkiyyətçi ilə digər sakinlər arasında anlaşılmazlığın hökm sürdüyünü qeyd edib:
"Alqı-satqı vəsaitinin razılaşdırılması və tərəflər arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti və Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən qarşılıqlı görüşlər keçirilib və müzakirələr aparılıb. Həmçinin ünvanda abadlıq işləri aparılaraq, ərazinin təmiz saxlanılması barədə mülkiyyətçiyə məlumat verilib".
Daha ətraflı videomaterialda:
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










