Bakı metrosunda ilkin tibbi yardım çantaları varmı? - Rəsmi AÇIQLAMA

Son vaxtlar vətəndaşlar metro stansiyalarının platformalarında və vaqonlarda qəfil səhhət problemi yaşayan şəxslərin artdığını, onlara ilkin tibbi yardım göstərilməsində çətinliklərin yarandığını bildirirlər. Xüsusilə vaqonlarda ilkin tibbi yardım çantalarının olmaması bəzən müdaxilə hallarını gecikdirir.
Bəs "Bakı Metropoliteni" QSC-nin stansiyalarında ilkin tibbi yardım çantaları varmı? Vaqonların da onunla təchiz olunması nəzərdə tutulubmu? Stansiya işçilərinə ilkin tibbi yardım üzrə təlim keçirilirmi?
Həmçinin, bu sual da aktualdır ki, metro stansiyalarında insanların səhhətinin pisləşməsinə səbəb nə olur - yanaşı xəstəliklər, yoxsa havasızlıq?
"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, metropolitenin bütün stansiyalarında ilkin tibbi yardım çantaları mövcuddur.
Məlumatda vurğulanıb ki, bu çantalar, əsasən, xidmətdə olan əməkdaşların xüsusi hallarda ilkin yardım göstərə bilməsi məqsədilə nəzərdə tutulub:
"Stansiya işçiləri tibb üzrə ixtisaslı kadr olmadıqları üçün bu vasitələrin sərnişinlər üçün istifadəsi məqsədəuyğun hesab edilmir. Sərnişinin səhhətində hər hansı problem yarandıqda metropolitenin müvafiq əməkdaşları dərhal ilkin yardım göstərir və təcili tibbi yardım briqadasının çağırılması üçün aidiyyəti üzrə operativ məlumat verirlər. Bu mexanizm sayəsində həkim briqadası hadisə yerinə mümkün ən qısa müddətdə cəlb olunur. Həmçinin bildiririk ki, əməkdaşlar üçün ilkin yardım mövzusunda dövri təlimlər təşkil olunur. Təlimlərdə fövqəladə vəziyyətlərdə düzgün davranış qaydaları, ilkin yardımın əsas prinsipləri və sərnişinlərlə düzgün ünsiyyət bacarıqları öyrədilir.
Qeyd edilənlərlə yanaşı, aidiyyəti qurumlarla müntəzəm olaraq əlaqəli fəaliyyət təmin edilir və müvafiq addımlar atılır".
Qurumdan sonda bildirilib ki, aparılan müşahidələrə əsasən, bu kimi hallar daha çox fərdi tibbi səbəblərlə bağlı olur və metropolitenin mühitindən birbaşa asılı deyil:
"Bakı Metropoliteni sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlərini davam etdirir".
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












