Bakı sakinlərinin nəzərinə: iş saatları belə olacaq – Yeni detallar

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə iş saatlarının vaxtının dəyişdirilməsi təklif olunub. Belə ki, deputat Vüqar Bayramov deyib ki, belə qrafik dünya təcrübəsinə əsaslanır.
Sitat: “Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərqli olacaq. Sözsüz ki, bu zaman standart 09:00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Artıq müəssisənin və ya qurumun fəaliyyə göstərdiyi sektorda Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimi tətbiq olunacaq. Bu, iş vaxtının uzadılması anlamına gəlmir”.
Bu proses hansı kateqoriyadan olan iş sahələrinə şamil edilə bilər?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, dəyişkən iş qrafiki sistemi ilk növbədə dövlət orqanları, təhsil və tibb müəssisələri, banklar, eləcə də xidmət-nəqliyyat sektorunda fəaliyyət göstərən təşkilatlara şamil oluna bilər:
“Bu qurumların işə eyni vaxtda başlaması paytaxt yollarında ciddi sıxlıq yaradır. Fərqli iş saatlarının müəyyənləşdirilməsi nəqliyyat axınının bərabər paylanmasına imkan verəcək. Məsələn, səhər tıxacının əsas səbəblərindən biri məktəblərin və dövlət idarələrinin eyni vaxtda fəaliyyətə başlamasıdır. Bu baxımdan, təhsil müəssisələrinin dərs saatlarının bir qədər erkən, bəzi dövlət qurumlarının isə daha gec başlaması prosesi effektiv ola bilər”.
İqtisadçı bildirib ki, özəl sektorda, xüsusilə ticarət, xidmət və ofis işlərində çevik qrafik işçilərin məhsuldarlığını da artıracaq:
“Bununla yanaşı, əmək bazarında elastiklik yaranacaq. Beləliklə, dəyişkən iş rejimi həm paytaxtın nəqliyyat infrastrukturuna müsbət təsir göstərə, həm də vətəndaşların iş və istirahət balansını tənzimləyə bilər”.
Qeyd edək ki, bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil, tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib.
Qərara əsasən, 2025-2026-cı illərdə həmin təşkilatlarda, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri










