Bakıda 200 MİN MƏNZİL inşa ediləcək

Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plana əsasən, 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20.8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142.82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. Bu isə 2027-ci ilədək yaranacaq 49.97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92.85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.
Nəzərə çatdırılıb ki, 2023-cü ildə Bakı şəhərində 6 443 (481.6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933.6 min m2), 2025-ci ildə isə 9 711 mənzilin (870.8 min m2) istismarına icazə verilib. Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir. Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1 745.47 min m2, 2024-cü il üzrə 1 632.37 min m2, 2025-ci il üzrə isə 1 760.99 min m2 təşkil edib.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












