Bakıda evlər söküldü, divarlarında satanist rəsmlər üzə çıxdı - FOTO

Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntü işləri zamanı maraqlı və bir qədər də narahatedici görüntülər üzə çıxıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda köhnə evlər söküldükcə onların daxili divarlarında cin, şeytan və müxtəlif mistik varlıqlara bənzər rəsmlərin olduğu görünür. Bu rəsmlərin kim tərəfindən və nə məqsədlə çəkildiyi məlum deyil. Amma diqqət çəkən məqam odur ki, illərlə divarların arxasında qalan bu təsvirlər söküntü zamanı üzə çıxır və insanlarda təəccüb doğurur. Bəzi paylaşımlarda qeyd olunur ki, paytaxtın müxtəlif yerlərində də zaman-zaman bu tip – satanizmə aid simvollara və rəsmlərə rast gəlmək mümkündür. “Sovetski” ərazisində üzə çıxan bu rəsmlərlə bağlı rəsmi açıqlama verilməyib.
Bəs satanizm nədir?

Sadə dildə desək, satanizm ənənəvi dinlərə zidd olan bir düşüncə və ya həyat tərzi kimi tanınır. Bəzi insanlar üçün bu, sadəcə üsyankar düşüncə tərzini, qaydalara qarşı çıxmağı simvolizə edir. Yəni onlar bu cür rəsmləri dini məqsədlə yox, etiraz, fərqlənmək və ya diqqət çəkmək üçün çəkirlər. Psixoloqlar bildirir ki, insanların cin-şeytan rəsmləri çəkməyə meyilli olmasının bir neçə səbəbi ola bilər. Bunlar cəmiyyətə qarşı etiraz hissi, qorxulu və qaranlıq mövzulara maraq, özünü fərqli göstərmək istəyi, gənclər arasında yayılan subkulturaların təsiri, tərk edilmiş binalarda anonim şəkildə özünü ifadə etmək imkanı və s. Xüsusilə istifadəsiz qalan, nəzarətsiz evlər və binalar bu cür rəsmlərin çəkilməsi üçün “rahat məkan” hesab olunur. Bu isə çox vaxt hansısa dini ayin yox, sadəcə vandalizm və ya özünüifadə forması kimi qiymətləndirilir. (Musavat.com)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












