Bakıda güclü zəlzələ baş verəcək? - Mütəxəssis elə şeylər danışdı ki...

Son vaxtlar region ölkələrində və ətraf ərazilərdə baş verən zəlzələlər əhali arasında narahatlığı artırıb. Xüsusilə Bakıda yaxın gələcəkdə güclü zəlzələnin baş verib-verməyəcəyi ilə bağlı suallar aktuallaşıb.
Bəs paytaxt və Abşeron yarımadası üçün real vəziyyət necədir?
Mövzu ilə bağlı açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, müasir elm hələ də zəlzələlərin dəqiq vaxtını və yerini əvvəlcədən müəyyənləşdirmək imkanına malik deyil.

“Bu gün ən müasir cihazlar belə zəlzələlərin nə vaxt baş verəcəyini dəqiq müəyyənləşdirə bilmir. Alimlər fay xətlərində və tektonik tavalar arasında yaranan gərginliyi ölçərək müəyyən ehtimallar irəli sürürlər. Bu əsasda yaxın 10, 50 və ya daha uzun müddət ərzində hansı ərazilərdə zəlzələ riskinin yüksək ola biləcəyi barədə proqnozlar hazırlanır. Lakin konkret tarix və saat göstərmək mümkün deyil.”
Ekspert qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yerləşən seysmik müşahidə stansiyalarından əldə olunan məlumatlar qarşılıqlı şəkildə paylaşılır və daimi monitorinq aparılır.
Q. İbrahimlinin sözlərinə görə, Azərbaycanda demək olar ki, hər gün xırda zəlzələlər qeydə alınır:
“Ölkəmizdə hər gün müxtəlif gücdə yeraltı təkanlar baş verir. Lakin onların əksəriyyəti zəif maqnitudalı olduğundan insanlar tərəfindən hiss edilmir. Bakı və Abşeron yarımadası, Şamaxı, Gəncə və Zaqatala seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu səbəbdən həmin ərazilərdə zəlzələlərin baş verməsi təbii prosesdir.”
Ekspert yaxın perspektivdə dağıdıcı zəlzələ ehtimalının yüksək olmadığını da vurğulayıb:
“Seysmik aktivlik hər zaman mövcuddur və müəyyən təkanların baş verməsi mümkündür. Lakin hazırkı məlumatlara əsasən, yaxın dövrdə dağıdıcı zəlzələnin baş verəcəyini demək üçün əsas yoxdur.”/konkret.az
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO










