Bakıda iyrənc aksesuarlar satılır — AÇIQLAMA

Paytaxtın sosial media seqmentində yayılan qəribə görüntülər son günlər insanların həm marağına, həm də narahatlığına səbəb olub. Söhbət insan qanından hazırlandığı iddia edilən aksessuarlardan gedir ki, bu da cəmiyyətdə etik və hüquqi müstəvidə kəskin müzakirələrə yol açıb. İnternet üzərindən sürətlə paylaşılan bəzi videoların fonunda insanların belə addıma necə yol verdiyi və bu hərəkətin kütləyə ötürdüyü mesajlar əsas müzakirə mövzusudur.
Avtosfer.az xəbər verir ki, məsələnin görünməyən tərəflərinə və yarada biləcəyi fəsadlara aydınlıq gətirən sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür halların kökündə rəqəmsal dünyada daha çox diqqət çəkmək və maddi qazanc əldə etmək həvəsi dayanır. Onun qənaətincə, sosial şəbəkələrdə izləyici sayını artırmaq istəyi bəzən bütün mənəvi dəyərlərin kənara itələnməsi ilə nəticələnir. Sosioloq bildirir ki, “İnsanlar ağıla gələn hər cür saxta, yalan, təxribat xarakterli məlumatları cəmiyyətə rahatlıqla ötürürlər. Bu isə cəmiyyətə ciddi psixoloji təsir göstərir, ümumi əhval-ruhiyyəyə və insanların psixologiyasına mənfi təsir edir, sosial təhlükə yaradır”.
Hazırda sosial şəbəkələr faktiki olaraq kütləvi informasiya vasitələrinin funksiyasını yerinə yetirir, lakin burada məsuliyyət və nəzarət məsələsi hələ də ciddi suallar doğurur. Ekspert hesab edir ki, mənbəyi bəlli olmayan və sübuta söykənməyən məlumatların yayılmasına görə konkret tənzimləmə mexanizmləri işə düşməlidir. Elçin Bayramlı vurğulayır ki, “Burada mütləq tənzimləyici mexanizmlər, nəzarət sistemi və cəzalandırma qaydaları olmalıdır. Mənbəsi müəyyən olunmayan, təsdiq olunmamış və sübutu olmayan məlumatlar yalan hesab edilir və insanlar üçün mənəvi zərər yaradır. İnsanlar bilməlidir ki, yalnız 5–10 manat qazanmaq və ya bir neçə izləyici cəlb etmək məqsədilə cəmiyyətə zərər vermək qəbul edilə bilməz”.
İnternet azadlığı hər kəsə ağlına gələn hər şeyi paylaşıb cəmiyyəti çaşdırmaq hüququ vermir. Real xəbərlər və tənqidlərlə yanaşı, yalan və təxribat xarakterli paylaşımların qarşısının alınması vacibdir. Sosioloqun fikrincə, “İnsanlar öz fikirlərini, real xəbərləri və hətta tənqidlərini açıqlaya bilər, amma böhtan, şantaj, yalan və təxribat xarakterli məlumatlar yaymaq qadağan edilməlidir. Medianın etik kodeksləri bütün kütləvi informasiya vasitələri üçün, eləcə də bloqerlər və sosial şəbəkə istifadəçiləri üçün tətbiq olunmalıdır”.
Cəmiyyəti gərginlikdə saxlayan bu cür tendensiyaların təkrarlanmaması üçün həm qanuni, həm də sosial məsuliyyətin artırılmasına ehtiyac duyulur. Ekspert nəticə olaraq qeyd edir ki, “Yalnız bu yolla belə təhlükəli tendensiyanın qarşısı alınmış olar. Hər kəs başa düşməlidir ki, cəmiyyətə zərər verən hər bir hərəkət qanuni və sosial məsuliyyət daşıyır və bunun cəzası olmalıdır”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












