Bakıda sakinlərin daha bir çıxarış problemi - VİDEO

10 ilə yaxındır mənzillərinə çıxarış ala bilmirlər. Binada qeydiyyatları olmasa da, hər ay kommunal ödənişləri tələb edilir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonu Aşıq Ələsgər küçəsində yerləşən 4, 5, 9 mərtəbəli binaların sakinləri deyirlər ki, mənzilləri fiziki şəxsdən alıblar. Onlara hər dəfə problemin həll ediləcəyi deyilsə də, vəziyyət eyni olaraq qalır.
Sakinlərin sözlərinə görə, 3 binaya elektrik enerjisi eyni xətdən verilir ki, bu da təhlükə yaradır. Aidiyyəti qurumdan isə bildirilib ki, bina onların balansında deyil.
Binanı inşa edənlər vaxtında tədbir görmədiyinə görə, sakinlər özləri aidiyyəti qurumlara müraciət ediblər.
Məsələ ilə bağlı sözügedən binaların tikintisini həyata keçirən Zaur Abdullayevlə əlaqə saxladıq. O, bildirdi ki, sakinlərə çıxarışların verilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Bu il ərzində problemin həll olunacağı gözlənilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












