Bakıda və Abşeronda bu ərazilərdə olan evlər söküləcək

Bakıda və regionlarda elə təhlükəli ərazilərdə qanunsuz evlər tikilib ki, onlar tədricən söküləcək. Avtosfer.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyb.
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı zaman-zaman hökumət tərəfindən işlər görülür və təxminən 30 mindən yuxarı fərdi yaşayış evinin sənədləşməsi işləri həyata keçirilir:
"Ən çox problem yaradan məsələlərdən biri bələdiyyə mülkiyyətində olan, yəni bələdiyyə torpaqlarında vətəndaşlar tərəfindən inşa edilən fərdi yaşayış evləri ilə bağlıdır və bu istiqamətdə də artıq hərəkətlilik var”.
Ekspert söyləyib ki, hər il vətəndaşlar tərəfindən ev tikilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şirkətlərə müraciət edilir:
"Həmin torpaq sahələri qiymətləndirilir və vətəndaşlara satışı həyata keçirilməkdədir. Yəni bələdiyyələr tərəfindən həmin torpaq sahələri həmin vətəndaşlara satılır və bunun əsasında sənədləşmə işləri həyata keçirilir. Hazırda bu istiqamətdə bələdiyyələr də iş aparır və keçən il haradasa 1000-dən yuxarı belə müraciətlər olub. Bu il də təxminən 5000-dən yuxarı belə bir müraciətin olacağı gözlənilir”.
R.Qasımzadə qeyd edib ki, ən böyük problemli məsələlərdən biri kommunikasiya xəttlərinin üzərində, xüsusilə də dəmiryolu xəttlərinə yaxın, yüksək təzyiqli qaz və su kəmərlərinin mühafizə zonasında və yüksək gərginlikli elektrik xətlərinin altında olan torpaq sahələri ilə bağlıdır.
Onun sözlərinə görə, bu cür ərazilərdə olan evlərə birmənalı olaraq hökumət tərəfindən çıxarış verilməyəcək və onların zaman-zaman söküntüsü həyata keçiriləcək:
"Yəni vətəndaşların həyatına təhlükə xarakteri daşıdığı üçün həmin torpaq sahələrinin mülkiyyətə verilməsi həyata keçirilməyəcək və üzərində olan tikililər də söküləcək”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












