Bakıda yağış fəsadlarının səbəbi və çıxış yolu

Bakıya yağış yağan zaman qarşılaşdığımız mənzərə hər zaman eyni olur: yollarda su yığılması, şəhərdə tıxacların yaranması və s. kimi bir çox mənfi hallar yaşanır.
Bəs bunların qarşısını necə almaq olar?
Avtosfer.az-ın məlumatına görə, sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Redaktor.az-a problemin həll yollarından danışarkən bildirdi ki, eyni problemi illərdir yaşayırıq. Onun sözlərinə görə, Bakı şəhərinin qeyri-təbii urbanizasiyanın təsirləri nəticəsində kifayət qədər yüklənməsi və yeni binaların tikintisi buna səbəbdir:
"Nəticə etibarilə bəlli bir insan sayı üçün nəzərdə tutulmuş, vaxtilə inşa edilmiş kanalizasiya və suötürücü sistemlərin artıq yüklənməsi bu problemin dərinləşməsinə gətirib çıxarıb. Həmin su-kanalizasiya sistemlərinin ötürücülüyü gücü yağış sularının da intensiv şəkildə ötürülməsinə imkan vermir. Niyə? Çünki rekonstruksiya işləri aparılıb. Hətta kanalizasiya qapaqları dəyişdirilib və yolun ortasında, prospektlərdə yeni qapaqlar qoyulub. Bu da nəticə etibarilə həmin keçiricilik imkanlarına malik olmayan konstruksiyalardır. Diqqət yetirsəniz, bunu küçələrdə görəcəksiniz".
Müsahibimiz problemin qarşısını almaq üçün nələr etməli olduğumuzdan da danışdı:
"Ən azı drenaj sistemləri tətbiq olunmalıdır. Xüsusi nasoslar vasitəsilə suötürücülüyü artırmaq üçün gücləndirici sistemlər tətbiq edilməlidir. Ən optimal və doğru yol isə su-kanalizasiya sistemlərinin yenilənməsi, alternativ kanalizasiya və yağış suları üçün ötürücülərin paralel şəkildə aparılması və gücləndirilməsidir. Bu problemin həlli ola bilər və bu da böyük vəsait tələb edir. Şəhərin qazıntısı, söküntüsü - bütün bunlar çox ciddi, dərin və geri dönməz problemlər yaradır. Ona görə də problemi dərhal aradan qaldırmaq üçün çevik bir mexanizm düşünmək çətindir".
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












