Bakıdakı pilləkənlər nə qədər rahatdır? - AÇIQLAMA - FOTOLAR

Şəhər mühitində pilləkənlər sadəcə iki səviyyəni birləşdirən memarlıq elementi deyil. Onlar həm də insanların gündəlik hərəkətinin rahatlığını, təhlükəsizliyini və şəhərin inklüzivliyini müəyyən edən vacib infrastrukturlardan biridir. Düzgün layihələndirilməyən pilləkənlər isə xüsusilə yaşlı insanlar, uşaqlar və azmobilliyi olan şəxslər üçün ciddi çətinliklər yarada bilər. Bu səbəbdən müasir şəhərsalma yanaşmasında pilləkənlərin hündürlüyü, meyilliyi və istifadə rahatlığı xüsusi diqqətlə planlaşdırılır. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə Rauf Ağamirzəyev bildirib ki, açıq hava qaldırıcı konstruksiyaları üçün beynəlxalq təcrübədə müəyyən standartlar mövcuddur və bu göstəricilərə əməl olunması həm təhlükəsizlik, həm də rahatlıq baxımından vacibdir.
Onun sözlərinə görə, açıq hava pilləkənləri üçün ümumi qəbul edilmiş pillə hündürlüyü 15-17 sm hesab olunur:
"Pilləkənin rahatlığı yalnız pillənin hündürlüyündən deyil, eyni zamanda meyillik bucağından da asılıdır. Rahat və təhlükəsiz istifadə üçün pilləkənlərin meyilliyi adətən 30–35° civarında olur. Meyillik artdıqca isə pilləkənlə qalxmaq və enmək daha çətinləşir.
Tövsiyə olunan bu nisbətlərə əməl edilmədikdə pilləkən gündəlik istifadə üçün narahat, bəzi hallarda isə təhlükəli olur. Belə hallarda insanlar daha çox enerji sərf edir və yıxılma riski də artır".
Rauf Ağamirzəyev vurğulayıb ki, pilləkənlərin layihələndirilməsində azmobilliyi olan şəxslər də mütləq nəzərə alınmalıdır:
"Bu məqsədlə pilləkənlərdə tutacaqlar quraşdırılmalı, həmçinin müəyyən məsafədən sonra dayanıb dincəlmək üçün ara meydançalar təşkil edilməlidir. Bu yanaşma pilləkənlərin həm təhlükəsiz, həm də inklüziv istifadəsini təmin edir".
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












