Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO

Bakıda yeraltı və yerüstü keçidlərin uşaq və əlil arabaları üçün uyğun olmaması ilə bağlı narazılıqlar davam edir. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu dəfə söhbət “Port Baku”dan “Crescent Mall”a keçən yeraltı keçiddən gedir. Belə ki, sözügedən görüntüləri bloger Toğrul Qurbanov paylaşıb. Videoda keçiddən istifadə zamanı yaranan çətinliklər aydın şəkildə görünür.
“Port Bakunun qarşısındayıq, şəhərin tam mərkəzindəyik. “Emporium” tərəfdən “Crescent Mall”a keçmək istəyirik, amma bizi heç də rahat olmayan bir yeraltı keçid qarşılayır. Bu keçiddə nə uşaq arabası, nə də əlillər üçün uyğun şərait yaradılıb. Mən ora rahat şəkildə düşə bilmirəm. Bəs bu pillələrlə necə enim?” - deyə bloger etiraz edib.
T.Qurbanov qeyd edib ki, bu durum ana olan qadınlar üçün vəziyyəti daha da çətinləşdirir:
“Uşağım təxminən 15 kilodur, uşaq arabası özü də kifayət qədər ağırdır. Üstəlik, arabanın altında 5-6 kiloluq çanta da var. İndi bazarlıq da edəcəyik, həmin çantalar daha da ağırlaşacaq. Belə olan halda bu keçiddən istifadə etmək demək olar ki, mümkün deyil. Lift işləmədiyi üçün insanlar məcbur qalır ya geri dönsün, ya da uşaq arabasını bellərinə alıb bu pillələrlə düşüb-qalxsınlar. Yaxşı, mənim gücüm çatar, birtəhər qaldıraram.
Bəs qadınlar necə etsin?! Onlar bu qədər ağır uşaq arabasını, içində uşaq, altında çanta ilə necə qaldırsınlar?
Adi bordürü keçmək belə çətin olduğu halda, bu cür keçiddən istifadə etmək ümumiyyətlə əlverişli deyil. Şəhərin mərkəzində yerləşən bir ərazidə insanların bu qədər çətinliklə üzləşməsi normal deyil”.
Qeyd edək ki, son dövrlər paytaxtın müxtəlif ərazilərində yerləşən keçidlərin fiziki məhdudiyyətli şəxslər, valideynlər və ümumilikdə arabadan istifadə edən vətəndaşlar üçün uyğun olmaması tez-tez tənqid olunur.
Bakıda eskalatorlar işləmir, İNSANLAR ƏZİYYƏT ÇƏKİR - Yeraltı keçidlər ləğv olunsun?
Kirayə avtomobillər cinayət riskini artırır - "Son zəng"də təhlükəli seçim - XƏBƏRDARLIQ
Mərkəzi küçələrlə bağlı ekspertdən tənqid - Piyadalara bu lazım deyil!
Binəqədidə küçənin ortasındakı relslər nə üçün çəkilib? - FOTO
Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda
Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək?
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO










