Bakının mərkəzində yaşıl dəhliz salınacaq - Maşınlar buraxılmayacaq

Bakının mərkəzində yaşıl dəhliz salınacaq. Paytaxtın təsdiqlənmiş baş planına əsasən, bir sıra baxımsız qalan parklar tam yenilənəcək. Yeni park Bakının Nəsimi və Xətai rayonlarının birləşdiyi bu bölgədə salınması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bloqer-urbanist Anar Əliyevin sözlərinə görə, Bakı Şəhərinin Baş Planına əsasən, buna oxşar 3-4 yaşıl dəhliz nəzərdə tutulub:
"Hələ ki Atatürk parkından dəniz kənarı bulvara qədər, yəni birinci yaşıl dəhliz dairəsi həmin ərazini əhatə edir. Yaşıl dəhlizdə yaşıllıq, piyada keçidləri, velosiped zolaqları olacaq və avtomobil hərəkəti nəzərdə tutulmayıb. Bu, sadəcə parkların birləşdiyi yaşıl ərazidir.
Yaşıl dəhliz şəhərin tam mərkəzindən Bakı Dəniz Vağzalının olduğu əraziyə qədər keçir. Bu ərazidə təxmini 28 May metrosu yaxınlığında yeni metronun inşa olunması da nəzərdə tutulub. Çıxışları hansı tərəfə düşməsi hələ ki elan olunmayıb, amma ərazi olaraq təxmini bu bölgələr nəzərdə tutulub. Bu B6B stansiyası olacaq. Həmin stansiyada bir tərəf Ağ Şəhər istiqamətində, digəri isə Sahil istiqamətində gedəcək".
Qeyd edək ki, bütün bu işlər Bakının Baş Planında nəzərdə tutulan ətraf-mühitin bərpasına uyğun 2040-cı ilə qədər həyata keçirilməsi planlaşdırılır./milli.az
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












