Bakının mərkəzindəki eskalatorlar niyə işləmir? - AÇIQLAMA

Bakıda metronun "Sahil" stansiyasının çıxışında, bulvar istiqamətinə gedən yeraltı keçiddə eskalatorların uzun müddət işləməməsi sakinlərin narazılığına səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətlər paylaşılıb. Qeyd olunub ki, bir neçə aydır ki, sözügedən yeraltı keçidin eskalatorları işləmir. Metrodan çıxan sərnişinlər Dənizkənarı bulvar istiqamətinə keçəndə əziyyət çəkirlər. Eskalatorların işləməməsi həm keçiddə, həm də küçə hissəsində böyük izdihamın yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir.
"Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar təmir və bərpa işlərinə başlanılıb. Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir. Bununla yanaşı, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır", - deyə A.Nəcəfli bildirib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












