Banka olan borcunu ödəməyənlərə VACİB XƏBƏR: Həbs ...

Azərbaycan qanunvericiliyində borc öhdəlikləri və vətəndaşın azadlıq hüququ ilə bağlı məsələlər cəmiyyətdə tez-tez müzakirə olunur. Xüsusilə, banka olan borcun ödənilməməsinə görə şəxsin həbs edilməsi ilə bağlı yayılan fikirlər suallar doğurur.
Maraqlıdır, Azərbaycan qanunvericiliyinə görə banka olan borca görə şəxs həbs edilə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, borc öhdəliyinin icra olunmaması insanın azadlıqdan məhrum edilməsi üçün əsas sayıla bilməz. Ekspertin sözlərinə görə, bu yanaşma həm beynəlxalq insan haqları konvensiyalarına, həm Avropa ölkələrinin qoşulduğu hüquqi sənədlərə, həm də Azərbaycanın Konstitusiyası və milli qanunvericiliyinə ziddir. “İnsan borcuna görə azadlığını deyil, yalnız əmlakı ilə cavabdehdir”, – deyə Ə. Həsənov vurğulayıb.
O, qeyd edib ki, Azərbaycanda müəyyən dövrlərdə borca görə həbslər baş verib və bunlar qanunsuz olub.
“2016-cı ildə bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə üç nəfər üzrə şikayət etdim. 2022-ci ildə məhkəmə Azərbaycanın əleyhinə qərar çıxardı və dövlət belə həbslərə görə cərimələndi”, – deyə ekspert bildirib. Əkrəm Həsənovun sözlərinə görə, hazırda da çox nadir hallarda borca görə həbs halları müşahidə olunur, lakin bu hallar hüquqa ziddir. O, vətəndaşları belə vəziyyətlə üzləşdikdə hüquqlarını müdafiə etmək üçün müvafiq instansiyalara şikayət etməyə çağırıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












