Bayram günlərində ictimai nəqliyyat pulsuz olacaq? - VACİB AÇIQLAMA

Bayram günlərində ictimai nəqliyyatdan istifadənin ödənişsiz və ya güzəştli olması ilə bağlı məsələ yenidən gündəmə gəlib. İctimai maraq doğuran bu yanaşmanın həm nəqliyyat sıxlığının azaldılması, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətli ola bilər.
Maraqlıdır, gələcəkdə bayram günlərində ictimai nəqliyyatdan istifadə ödənişsiz və ya güzəştli edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, bu barədə Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məsələ Azərbaycan vətəndaşlarının gözləntilərinə əsaslanır və ictimai maraq doğurur.
“Avropa ölkələrinin təcrübəsi göstərir ki, bayram günlərində və ya ümumilikdə ictimai nəqliyyatın ödənişsiz olması real və effektiv mexanizmdir. Xüsusilə Pribaltika ölkələrindən başlayaraq bir sıra Avropa dövlətlərində bu proses artıq inkişaf mərhələsindədir. Bir çox ölkədə ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə ictimai nəqliyyatdan istifadə ödənişsiz həyata keçirilir”.
Akif Nəsirli qeyd edib ki, aparılan təcrübələr göstərir: ictimai nəqliyyatın ödənişsiz olduğu böyük şəhərlərdə nəqliyyat sıxlığı bir neçə dəfə azalır.
“Bu, həm tıxac probleminin aradan qalxmasına, həm də ətraf mühitə dəyən zərərin minimuma enməsinə səbəb olur. Belə şəhərlərdə əhali əsasən ictimai nəqliyyata üstünlük verir, şəxsi minik avtomobillərindən isə nadir hallarda istifadə olunur”.
İqtisadçının sözlərinə görə, bu modelin başqa bir maraqlı təsiri də var.
“Belə ki, ictimai nəqliyyatın ödənişsiz tətbiq edildiyi şəhərlərdə ticarət dövriyyəsi bir neçə dəfə artır. Bu isə ümumi iqtisadi fəallığın yüksəlməsinə müsbət təsir göstərir”.
Ekspert hesab edir ki, bu yanaşma gələcəkdə Azərbaycanda da, xüsusilə bayram günlərində, tətbiq oluna bilər və bu, həm sosial, həm də iqtisadi baxımdan səmərəli addımdır.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










