Bələdiyyə ilə sakinlər arasında qalmaqal - Xəbərdarlıq edilmədi, borc yazıldı - VİDEO

Bir qrup sakin bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığını iddia edirlər.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı İctimai TV süjet hazırlayıb.
Süjetdə sakinlər iddia edirlər ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub. Onların sözlərinə görə, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb. Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar. Reportajda həmçinin qeyd olunur ki, sakinlər problemin həlli üçün aidiyyəti qurumlardan aydın izahat və hüquqi qiymət gözləyirlər. Mövzu ictimai müzakirələrə səbəb olub və bələdiyyələrin maliyyə şəffaflığı məsələsini yenidən gündəmə gətirib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












