Bələdiyyədən alınan torpaqlarla bağlı VACİB AÇIQLAMA

"Əgər hər hansı addım qanunsuz hesab olunursa, məsələ təkcə həmin qərarın ləğvi ilə yekunlaşmamalıdır. Qanunsuzluğa yol verən şəxslər də inzibati məsuliyyətə cəlb edilməlidir ki, gələcəkdə oxşar halların təkrarlanmasının qarşısı alınsın. Qanunsuz qərarın aradan qaldırılması təqdirəlayiqdir, lakin məsuliyyət mexanizmi işləməzsə, problem kökündən həll olunmuş sayılmaz".
Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bələdiyyələrin qanunsuz torpaq ayırmaları ilə bağlı qərarlarının ləğvi bağlı danışıb.
AQC sədrinin öszlərinə görə, digər vacib məqam isə ondan ibarətdir ki, qanunsuz torpaq ayrılmaları nəticəsində yüzlərlə vətəndaşa torpaq sahələri verilib, həmin ərazilərdə tikililər inşa olunub və insanlar artıq bu mülklərə sahib olduqlarını düşünürlər:
"Əgər bu torpaqlar onların əlindən alınırsa, paralel şəkildə alternativ torpaq sahələri ilə təminat məsələsi də nəzərdən keçirilməlidir. Vətəndaşın mülkiyyət hissi və sosial sabitlik qorunmalıdır. Mülkiyyət hüququ ən ali hüquqlardan biridir və toxunulmazdır. Bu sahədə qəbul edilən qərarlar ciddi əsaslandırılmalı və qanunun aliliyi prinsipi qorunmalıdır. Əks halda, hətta hüquqi baxımdan düzgün qərarlar belə cəmiyyətdə mülkiyyət anlayışına şübhə yarada bilər. İnsanlar gələcəkdə əldə etdikləri torpaq və ya əmlak üzərində hüquqlarının sabitliyinə əmin olmaya bilərlər ki, bu da ümumi etimadı zəiflədir".
Vüqar Oruc hesab edir ki, hazırkı addım müəyyən riskli və sənədsiz torpaq alqı-satqılarının azalmasına səbəb ola bilər:
"Lakin digər tərəfdən, proseslərin şəffaf və ardıcıl aparılmaması, xüsusilə qiymətləndirmə və təsdiq mərhələlərində yaranan uyğunsuzluqlar bələdiyyələrin fəaliyyətinə əlavə maneələr yaradır. Eyni torpaq sahəsi üzrə təkrar qiymətləndirmələr və ziddiyyətli rəylər hüquqi qeyri-müəyyənlik formalaşdırır. Bu isə həm iqtisadi fəallığa, həm də dövlətin strateji hədəflərinə uyğun deyil. Qanunvericilikdə edilən dəyişikliklərin praktik icrası təmin olunmalı, yerli özünüidarəetmə orqanlarının qərarları əsassız şəkildə şübhə altına alınmamalıdır. Əks halda, vətəndaşların həm dövlət qurumlarına, həm də seçkili orqanlara inamı zəifləyir. Məsələnin geniş ictimai müzakirəsinə və aidiyyəti qurumlar arasında daha koordinasiyalı yanaşmaya ehtiyac var. Şəffaflıq və hüquqi müəyyənlik bərpa olunmadan, həm mülkiyyət hüququna etimadı, həm də bələdiyyə institutunun nüfuzunu tam şəkildə gücləndirmək mümkün olmayacaq".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












