Bələdiyyədən hərrac yolu ilə alınan torpaqlar başqasına necə satılmalıdır? – HÜQUQŞÜNAS AÇIQLADI - FOTO

Son illərdə bələdiyyələrin hərrac vasitəsilə torpaq satışına maraq artıb.
Avtosfer.az xəbər verir ki, bu yolla torpaq sahibi olan vətəndaşlar isə yeni qanun dəyişikliyindən sonra gözlənilməz məhdudiyyətlə üzləşiblər. Belə torpaq sahələri 5 il müddətinə satışa çıxarıla bilmir. Amma bu məhdudiyyətlər fonunda insanlar arasında başqa bir sual gündəmə gəlib: torpağın mülkiyyətini rəsmi şəkildə satmaq mümkün deyilsə, onu etibarnamə ilə başqasına vermək olar, ya yox?
Bir tərəfdən qanun alqı-satqıya sərt qadağa qoyur, digər tərəfdən isə gündəlik praktikada etibarnamə ilə mülkiyyət hüququnun faktiki şəkildə ötürülməsi halları müşahidə olunur. Belə vəziyyətdə vətəndaşlar çaşqınlıq içindədir: qanunvericilik bu məsələyə necə yanaşır və prosedur hansı qaydada tənzimlənir?

Məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, bələdiyyələr tərəfindən hərrac yolu ilə satılan torpaqların 5 il müddətinə yenidən satışa çıxarılmasının qadağan olunması qanunun tələbidir:
“Əgər vətəndaşlar bir-birilə etibarnamə əsasında alqı-satqı həyata keçirsələr, bilməlidirlər ki, etibarnamə alqı-satqı sənədi hesab olunmur və bu ciddi risklər yaradır. Ən böyük risk isə ondan ibarətdir ki, etibarnamə verən şəxs istənilən vaxt həmin sənədi ləğv etmək səlahiyyətinə malikdir.
Bu halda etibarnamə ilə torpaq alan şəxs gələcəkdə uzun müddət istintaq orqanlarında və məhkəmələrdə vaxt itkisi ilə üzləşə bilər”.
Hüquqşunas qeyd edib ki, ilkin notarional alqı-satqı müqaviləsi bağlanılması mütləq şəkildə tövsiyə olunur:
“Beş illik müddət başa çatdıqdan sonra torpaq rəsmi qaydada şəxsin adına keçirilməli, yalnız bundan sonra həmin torpağın alqı-satqısı həyata keçirilməlidir”.
Fidan
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












