Bəzi YDM-lərdə işçilər maşınların belə "EVİNİ YIXIR"

Mühərrik işlək vəziyyətdə olarkən benzin qapağını açmaq ciddi təhlükə yaratmasa da, bir sıra mənfi hallara səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, müasir avtomobillərdə yanacaq sistemi qapalı olur və içəridə müəyyən təzyiq saxlanılır. Qapaq açıldıqda bu təzyiq birdən boşalır və "fış" səsi eşidilə bilər. Bu normaldır, lakin sistemin balansı müvəqqəti pozulur. Bəzi avtomobillərdə benzin qapağı açıldıqdan sonra mühərrikin işi qeyri-sabitləşə bilər. Boş sürətdə dalğalanma, mühərrikin zəifləməsi və nadir hallarda sönmə baş verə bilər. Səbəb yanacaq buxarlarının idarə olunmasına cavabdeh olan EVAP sisteminin iş rejiminin pozulmasıdır. Həmçinin benzin buxarları havaya yayıldığı üçün qısa müddətli kəskin yanacaq qoxusu hiss olunur. Qapalı məkanda bu, narahatlıq və təhlükə yarada bilər. Əksər hallarda qapağı yenidən bağladıqdan sonra sistem öz-özünə normallaşır. Lakin bəzi avtomobillərdə "Check Engine" işığı yanıb sönə və ya sabit qala bilər. Bu zaman bir neçə sürüşdən sonra işıq sönür, sönməzsə diaqnostika tələb oluna bilər. Ümumilikdə, mühərrik işləyərkən benzin qapağını açmaq tövsiyə edilmir. Yanacaq doldurarkən mühərriki söndürmək həm təhlükəsizlik, həm də avtomobilin yanacaq sisteminin düzgün işləməsi baxımından daha doğrudur. (milli.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












